Balaca Nərminin vəhşicəsinə öldürülməsi son günlərin ən ağrılı və çox müzakirə olunan mövzulardan biridir. Bunu törədən insan sakit və “normal” birinə bənzədiyi üçün bir çox insanlarda şübhələr yaranıb. Yəni bu insan bu vəhşiliyi törədə bilərmi? Təəssüf ki, bir çox hallarda ən qəddar cinayətlərin “müəllifləri” məhz belə sakit və ilk baxışdan zəif, müdafiəsiz, təhlükəsiz insanlar olur. Rusiyanın ən qəddar seriyalı qatili Andrey Çikatilonu xatırlayın. Adi insanlardan heç nə ilə fərqlənmirdi, sakit, başıaşağı, yaxşı ailə başçısı, qayğıkeş ata... İstintaq zamanı Çikatilonun törətdiyi 53 qətl hadisəsi sübut olunsa da (əsasən uşaq və qadınları öldürürdü), mütəxəssislərin fikrinə görə, qurbanların sayı qat-qat çox olub... ONN media bildirir ki, Kolumbiya Universitetinin alimləri araşdırmalardan sonra belə qənaətə gəliblər ki, ən qəddar qatillər, seriyalı qatillərin əksəriyyəti psixopatdır. Bu çox təhlükəli şəxsiyyat pozulmasıdır. Bəzi həkimlər bunu beyinin xüsusiyyəti kimi də qiymətləndirir. Bu insanlar sağlam sayılır, onlar psixi xəstə deyillər. Alimlərin fikrinə görə, dünyada yaşayan insanların 2% psixopatdırlar. Bu böyük rəqəm sayılır.
Psixopatlar əksər hallarda ilk baxışdan sakit, mədəni, mehriban görünür, onların bir çoxlarının qeyri-adi bacarıqları, istedadları, ali savadı olur. Lakin onları bir xüsusiyyət birləşdirir ki, bu insanlara mərhəmət , empatiya hissi xas deyil. Onlar ən vəhşi, ən qəddar hərəkət və cinayətlər törədə bilir və heç zaman tövbə etmir, peşmançılıq çəkmir, özündə günah görmürlər. Təbii ki, bütün psixopatlar cinayət törətmir və bütün cinayətkarlar psixopat deyil. Lakin ən qəddar cinayətkarlar arasında psixopatlar üstünlük təşkil edir. Psixopatların digər xüsusiyyətləri arasında:- Özünü hamıdan ağıllı, qeyri-adi hesab edirlər, özünü hamıdan üstün tuturlar, eqoist olurlar
- Yaltaq olurlar
- Etibar qazanmağı bacarırlar
- Çox riyakar olurlar, daim maskalarını dəyişirlər
- Patoloji yalançıdırlar, öz mövqeyini daim dəyişir, dediyi sözlərdən imtina edirlər
- Öz mənfi emosiyalarına, hirsinə nəzarət edə bilmirlər, hirslənəndə nə isə sındırır, qışqırır, ətrafdakıları vurur, təhqir edirlər
- İnsanları istifadə etməyi bacarır, əla manipulyatorlardır



Ən təhlükəli bürclər
Tez evlənmək sağlamlığa xeyirdir - Alimlərdən MARAQLI KƏŞF
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
233 min insanın həyatı təhlükədədir - ŞOK ARAŞDIRMA
Bu fəsildə doğulan insanlar daha çox yaşayır
Bu adamlar nadir hallarda şəkərə tutulur
Daha bir TƏHLÜKƏ: noyabrın 13-də...
Krımda yeni kəşf
Sağ qabırğaaltı nahiyə niyə ağrayır? - TƏHLÜKƏLİ SİMPTOM
Bu xəstəliyi olanlara bal qadağandır- Həkim məsləhəti
Türkiyə ABŞ -a VAXT VERDİ - Əks halda...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 