Ağrı orqanizmin müdafiyə mexanizmidir. Ağrı orqanizmdə olan hər hansı "nasazlıqdan" xəbər verir.
ONN media xəbər verir ki, sağ qabırğaaltı nahiyəsində olan ağrılara xüsusilə diqqətli olmaq lazımdır. Ağrılar bu yerdə tez-tez təkrarlanırsa, bu təhlükəli xəstəliklərin simptomu ola bilər. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra terapevt xəstəni digər mütəxəssislərin (qastroenteroloq, hepatoloq, uroloq və s.) müayinələrinə göndərə bilər.
Sağ qabırğaaltı nahiyəsində ağrıların səbəbləri arasında:
- xolesistit (öd kisəsinin iltihabı). Ağrı kəskin və azmüddətli olur, bir çox hallarda stresdən və sinir gərginliyindən sonra inkişaf edir.
- öd daşı xəstəliyi. Ağrı çox güclü olur, sağ qolda hiss olunur, ürəkbulanması və qusma ilə müşayiət olunur.
- 12 barmaq bağırsağının xora xəstəliyi. Ağrı çox güclü, xəncərvari olur, qida qəbul etdikdən sonra ağrı azalır.
- qaraciyər xəstəlikləri. Ağrı sızıldayan olur, tez-tez təkrarlanır. Həmçinin insan "səbəbsiz" yorğunluq və halsızlıq hiss edir, iş qabiliyyəti azalır.
- pankreatit (mədəaltı vəzi iltihabı). Ağrı kəskin olur, belə "vurur", ürəkbulanması və qusma ilə müşayiət olunur.
- böyrək xəstəlikləri. Ağrı həm sağ qabırğaaltı nahiyəsində, həm də belin sağ tərəfində hiss olunur.
- appendisit (kor bağırsağın - appendiksin iltihabı). Bəzi insanlarda appendiks yuxarıda yerləşir və appendisit zamanı ağrı qabırğaaltı nahiyəsində hiss olunur.
- ağciyər xəstəlikləri. / "Saglamolun"



Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Boynunuz ağrıyırsa ovxalamayın! Bilmədiyiniz təhlükə
KİŞİ MİQRENİNİN DƏHŞƏTLİ fəsadları: İntihar, stres, siqaret çəkmək...
Kardioloqlar təhlükəli simptomları açıqladı
Əl biləyində ŞİDDƏTLİ AĞRI: Bu şəxslər təhlükə ilə üzləşə bilərlər
Hava ilə bağlı XƏBƏRDARLIQ
Yuxu zamanı qollar niyə keyiyir?
Başınız belə ağrıyırsa... - MÜTLƏQ OXUYUN!
Oynaq ağrılarına əsas səbəb nədir?
Bu bilgilər sizin və yaxınlarınızın həyatını qurtara bilər!
Baş ağrılarına diqqət - Bu xəstəliklərin əlaməti ola bilər
Bu əlamətlər böyrək xəstəliklərindən xəbər verir - MÜTLƏQ OXUYUN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 