İslam dininin nəzərinə görə, səcdə etmək - başı torpağın və ya daşın üzərinə qoymaqdır. Səcdə üçün möhürün özü isə torpaqdan olur. Müasir zamanda hər yerdə pak torpaq və ya daş əldə edə bilmədiyimiz üçün, Əhli-Beyt (ə) davamçıları torpağı qəliblərə salaraq, onu elə hala gətirirlər ki, müsəlmanlar özləri ilə gəzdirə bilsinlər. Onun fəlsəfəsi torpaq olmaqdan başqa bir şey deyildir. Təbii ki, İmam Hüseynin (ə) müqəddəs türbətindən başqa. Bu, xüsusi torpaqdır ki, istər möhür halında olsun, istərsə də torpaq halında - xüsusi dəyərə malikdir. ONN media deyerler.org-a istinadən bildirir ki, ancaq bu, o demək deyildir ki, insan ancaq torpağa səcdə edə bilər və ya əksinə - hər bir şeyə səcdə edə bilər. Xeyr. Dinimiz bu sahədə xüsusi qanun və qaydalar təyin etmişdir ki, fiqh elmi onu bizlərə təqdim edir. Orada səcdə üçün nəyin caiz olduğu və nəyin caiz olmadığı qeyd edilmişdir. Dinimiz buyurur ki, elə şeyə səcdə etmək lazımdır ki, nə yeyilsin, nə geyinilsin. Burada geyinilmək deyildikdə parça, pambıq, yun və sair kimi xammallar nəzərdə tutulur. Ona görə də müsəlman buğdaya, arpaya, düyüyə və digər yeyəcəklərə səcdə edə bilməz. Ancaq səcdənin möhürə edilməsi mövzusuna qayıtsaq deyə bilərik ki, möhürün fəlsəfəsi budur ki, o, torpaqdan başqa bir şey deyildir. İnsanlar torpaq axtarmamaq üçün, eləcə də hər tapdığı torpağa səcdə etməmək üçün möhür hazırlamışlar ki, həm onu gəzdirmək mümkün olsun, həm də istifadə etmək rahat olsun. İstər evlərdə, istər məscidlərdə, ya ziyarət yerlərində və istərsə də hər hansı digər yerdə. Hər bir halda möhürün mahiyyəti budur ki, torpaq rolunu oynayır və ibadət etməkdən başqa heç bir məqsəd daşımır.
Namazın möhürünün fəlsəfəsi nədir?



Xalq artisti Şuşada torpağa səcdə etdi
İmam Zaman ağanın (ə) neçə cür elmi vardır?
Bəndəliyin düsturu
Axırəz-zamanda eşidiləcək 3 nida
Orucluq ayı niyə "Ramazan" adlandırılır?
Dünyanın mənası nədir?
Ruzinin artmasına təsir qoyan əməllər
Nəfsin islah edilməsi vacibdirmi?
Şəban ayının qızıldan qiymətli 4 əməli
İxtiraçılara İlahi mükafat veriləcəkdirmi?
Əməlin qəbul olması üçün lazım olan 2 şərt
Bərzəx aləmindəki bədənimiz necə olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 