Peyğəmbərimiz(s):“Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında nə vardır, istəyərdi ki, bütün ili Ramazan ayı olsun...”
Ramazan” - ərəb sözüdür və mənası yandırmaq deməkdir. “Ramazan” - günəşin qumların üzərinə nur saçması kimi mənalandırılır. Müsəlman ayları içərisində isə Ramazan ayı hicri ayının doqquzuncu ayının adıdır. Bu ayda müsəlmanlar Allahın əmri ilə oruc tutarlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayını ona görə ramazan adlandırırlar ki, bu ayda insanların günahları yandırılar”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Ramazan - Allahın adlarındandır”.
İmam Sadiq (ə) buyurur: “Ramazan ayı yaxşı aydır və bu ay Peyğəmbərin (s) zamanında bərəkətli ay adlandırıldı”.
İslam dinində bu ayın xüsusi əhəmiyyəti vardır. Din alimləri, Məsumlarımız (ə) bu aya xüsusi diqqət göstəriblər. Bu ay rəhmət, bağışlanma, bərəkət və İlahi qonaqlıq ayıdır.
Mübarək Ramazan ayı Qurani-Kərimin Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olduğu aydır. Ramazan ayı - Quranın baharıdır. İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır”.
Ramazan ayı tövbələrin qəbul olunduğu, günahların bağışlandığı aydır. Hər il bu ay gəlib çatan zaman günahkarların qəlbində ümid günəşi yanmağa başlayar və onlar əfv olmağa ümid edərlər. Allahla görüşər və barışarlar. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı başqa aylar kimi deyildir. Bu, elə aydır ki, gələn zaman bərəkət və rəhməti də onunla olar. O zaman ki, gedər, günahların bağışlanması ardınca olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı - Allahın ayıdır və o elə bir aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o bərəkət ayıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı o aydır ki, əvvəl rəhmət, ortası bağışlanma və axırı cəhənnəm atəşindən azadlıqdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Səmanın qapıları Ramazan ayının ilk gecəsində açılar və son gününə qədər bağlanmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında nə vardır, istəyərdi ki, bütün ili Ramazan ayı olsun”. (İslami saytlara istinadən)



Ramazan ayının 4 nurani, bərəkətli xüsusiyyəti
Şəban ayının qızıldan qiymətli 4 əməli
Ramazan ayının təqvimi açıqlandı
XİN-dən Ramazanla bağlı paylaşım
Qədr gecələri nə vaxtdır? - QMİ
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bu gün ilk Qədr gecəsidir
Bu gecə ehtimal olunan ikinci Qədr gecəsidir
Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL
QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi
Martın 23-ü Ramazan ayının ilk günüdür
Bu gün sonuncu Qədr gecəsidir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 