Azərbaycanda 2019-cu ildə maaşlar 15%-dən çox artıb.
ONN media FED.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edib. 2018-ci ildə orta aylıq əməkhaqqı 540,1 manat olmuşdu.
2019-cu ildə dövlət sektorunda orta aylıq əməkhaqqı 516,5 manat təşkil edib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir.
Özəl sektorda isə ötən il orta maaş 759,7 manat olub. Bu 2018-ci illə müqayisədə 10,5% artıqdır. Xatırladaq ki, 2018-ci ildə özəl sektorda ümumi orta aylıq əməkhaqqı 687,7 manat, dövlət sektorunda isə 430,5 manat təşkil etmişdi.
2019-cu ildə əməkhaqqı neft-qaz sektorunda 3 059,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.
2018-ci ildə isə əməkhaqqı neft sektorunda 3 000,7 manat, qeyri-neft sektorunda 484 manat təşkil etmişdi.
Başqa sözlə, 2019-cu ildə neft-qaz sektorunda əməkhaqqı 2% artdığı halda, qeyri-neft sektorunda 17,4% artıb.
2019-cu ildə özəl sektorda çalışanlar arasında ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində olub - 3 941,1 manat.
Özəl sektorda ən az maaş alanlar isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində olub - 250,4 manat.
Dövlət sektorunda ən yüksək orta aylıq maaş maliyyə və sığorta fəaliyyəti sahələrində olub - 1 654,3 manat. Bu sektorda ən az maaş alanlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanlarda olub - 302,4 manat.
Ümumilikdə, 2019-cu ildə:
Təhsil sahəsində maaşlar 18,1% artaraq 429,7 manata,
Səhiyyə sahəsində 43% artaraq 343,1 manata,
Maliyyə və sığorta sahəsində maaşlar 12% artaraq 1624 manata,
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində maaşlar 21,3% artaraq 473,7 manata,
Dövlət idarəetməsində isə maaşlar 29,2% artaraq 752,8 manata yüksəlib.



Bu şəxslərin maaşı artırılıb
Azərbaycanda əhalinin gəlirləri artıb
Məvaciblər artıb - RƏSMİ
Bakıda orta aylıq əmək haqqı artdı
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər artıb?
Azərbaycanda bu işçilər 3500 manatdan çox maaş alır
Bu şəxslərin maaşı 25 faiz artdı
Bu şəxslərin maaşı artırılıb
Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı – CƏDVƏL
Naxçıvanda maaşlar artıb?
Bu şəxslərin maaşı artıb
Azərbaycanda orta aylıq nominal əməkhaqqı artdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 