2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib. Dövlət Statistika Komitəsindən ONN media -ya verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803,0 manat təşkil edib. Mədənçıxarma sənayesində (3 267,4 manat) , maliyyə və sığorta fəaliyyəti (1717,1 manat) , peşə, elmi və texniki fəaliyyət (1 178,8 manat), informasiya və rabitə (1071,7 manat) , eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində (878,8 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. İlkin məlumatlara görə, 2020-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 1,8 faiz azalaraq 55726,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50689,6 milyon manatlıq vəsait qalıb.
Məvaciblər artıb - RƏSMİ



Azərbaycanda əhalinin gəlirləri artıb
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər artıb?
Bu şəxslərin maaşı 25 faiz artdı
Bu şəxslərin maaşı artırılıb
Bakıda orta aylıq əmək haqqı artdı
Azərbaycanda bu işçilərin maaşları artıb
Muzdla çalışanlara şad xəbər
Azərbaycanda bu şəxslərin maaşı artırılıb - SİYAHI
Azərbaycanda bu şəxslərin maaşları artdı - SİYAHI
Bu işçilərin maaşları ARTDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 