Adil Süleymanov: “İndiyədək qardaşımla görüşə bilməmişik, ondan heç bir xəbərimiz yoxdur” Nərmin Quliyeva cinayətində təqsirləndirilən İlkin Süleymanovun şikayəti əsasında bu gün Apellyasiya Məhkəməsində iclas keçiriləcək. Bu barədə AYNA-ya İ.Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib. Onun sözlərinə görə, proses 14.30-da baş tutacaq. A.Süleymanov onu da qeyd edib ki, indiyədək qardaşı ilə görüşə bilməyiblər: “Dünən qardaşımla vəkili görüşməli idi, ancaq görüş mümkün olmadı. Qardaşımdan hələ də bir xəbər ala bilməmişik. Səhhəti ilə bağlı soruşanda da, yaxşı olduğunu bildirirlər. Ümid edirik ki, bugünkü məhkəmədə İlkini görə biləcəyik”. A.Süleymanovun sözlərinə görə, atasının mediaya müsahibəsindən sonra da cinayət işinin istintaqında heç bir dəyişiklik olmayıb: “Onsuz da kənd sakinləri İlkinin bu qətli törətdiyinə inanmırdı, indi də inanmırlar, ailəmizi dəstəkləyirlər, atama, anama baş çəkirlər. Müraciətlərimizdən sonra sosial şəbəkə istifadəçiləri tərəfindən də xeyli dəstək gördük. Hər kəs yazır ki, İlkin qatil ola bilməz və hər kəs bizim kimi, əsl qatilin tapılmasını tələb edir”. Təqsirləndirilən şəxsin qardaşı Nərmin cinayəti ilə bağlı irəli sürülən ehtimallar barədə də danışıb: “Hər kəs bir ehtimal səsləndirir, öz fikrini deyir, ancaq bizim bu barədə heç bir fikrimiz yoxdur. Hər hansı bir iddia irəli sürüb, kiminsə günahına girə bilmərik. Haqsız yerə kiminsə bizim vəziyyətimizə düşməsini qəbul edəmmərik. Ümidimiz ona qalıb ki, əsl qatil tapılacaq”. Qeyd edək ki, 10 yaşlı Quliyeva Nərmin Şərif qızı ötən il noyabrın 21-də, yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. Bu il yanvarın 6-sı axşam saatlarında isə onun yanmış cəsədi evlərinin yaxınlığında tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Tovuz Rayon Məhkəməsinin qərarı ilə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu gün Nərminin qətlində təqsirləndirilən şəxsin şikayətinə baxılacaq



Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA
Nərminin qətli ilə bağlı daha bir xəbər var
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
Nərmin Quliyeva cinayətində son durum
Nərminin qatili azad edilir?
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
İlkin Süleymanovla bağlı QƏRAR VERİLDİ
Nərminin qətli: Daha bir ziddiyyətli ifadə...
İlkinin polis qohumu Murad saxlanıldı? – Rəsmi
Nərmini qətlə yetirməkdə şübhəli bilinən İlkinlə bağlı xəbər var
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
İlkin Süleymanov son söz deyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 