İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir. ONN media xəbər verir ki, bu barədə Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov bildirib ki, Murad Süleymanovun nəzarətə götürülməsi və ya saxlanılması barədə yayılan xəbərlər əsassızdır: “Murad Süleymanovun nəzarətə götürülməsi, saxlanılması əsassız iddiadır. Hazırda o, Tovuzda deyil, telefon nömrəsinə də zəng çatmır”. Eşqin Qasımov M.Süleymanovun işdən azad edilmək üçün ərizə yazmadığını da qeyd edib: “Açıqlama vermişdi ki, işdən azad edilməsi ilə bağlı ərizə yazıb. Amma Murad Süleymanovun Tovuz Rayon Polis Şöbəsində rəsmi ərizəsi yoxdur. Hazırda polis əməkdaşı vəzifəsindən azad edilməyib”. Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirmiş və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirmişdi.
İlkinin polis qohumu Murad saxlanıldı? – Rəsmi



İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb
Polis əmioğlu qətldə İlkinə kömək edib? - RƏSMİ AÇIQLAMA
Nərminin yanan cəsədinin söndürülməsində iştirak edən şahid DANIŞDI
Nərminin qatili azad edilir?
Nərminin qətli ilə bağlı daha bir xəbər var
Nərmini öldürməkdə ittiham olunan İlkin Süleymanov AZADLIĞA BURAXILIB? — QARDAŞINDAN AÇIQLAMA
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
İlkin Süleymanov istintaqa hansı açıqlama verdi?
"Yalan deyirlər"- Nərminin əmisindən İlkin Süleymanovun atasına CAVAB
Nərmini qətlə yetirməkdə şübhəli bilinən İlkinlə bağlı xəbər var
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
Bu gün Nərminin qətlində təqsirləndirilən şəxsin şikayətinə baxılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 