Ümumdünya Səhiyyə Təşkilatı Çində yayılan koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan etməyəcəyini açıqlayıb. ONN media xəbər verir ki, təşkilatın iclasından sonra bunu elan etmək üçün hələ tez olduğu bildirilib. ÜST-ün rəhbəri Tedros Adan Qebreyesusun sözlərinə görə, təşkilat Çində virusa yoluxanların və ölənlərin sayından xəbərdardır. Ancaq fövqəladə vəziyyət elan edilməsi hələ erkəndir. ÜST, həmçinin, Çinə səfərlərin məhdudiyyətləşdirilməsini də məsləhət görməyib.
ÜST təhlükəli virusla bağlı qərarını açıqladı

