Daha bir ölkədə koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib. ONN media xəbər verir ki, İtaliya hökuməti ölkə ərazisində virusla bağlı fövqəladə tədbirlərin görülməsinə qərar verib. Fövqəladə vəziyyət 6 aya qədər davam edəcək. Qeyd edək ki, artıq İtaliyada 2 nəfərdə koronavirus qripinin aşkarlanması rəsmən təsdiqlənib. Son məlumata görə, virusun beşiyi olan Çində ölənlərin sayı 213 nəfərə çatıb.
İTALİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ

