Bu günlərdə sosial şəbəkədə yerli xəstəxanaların birində müşahidə edilən vətəndaş izhidamı ilə bağlı görüntülər yayılıb. Görüntülərdə vətəndaşların hansı səbəbdən tibb müəssisəsinə gəlməsi məlum olmasa da, icbari tibbi sığortanın işə düşməsindən sonra xəstəxanalara kütləvi üz tutması iddia edilib. Yayılan məlumata görə, icbari tibbi sığortanın işə düşməsindən sonra xəstəxanalarda bütün xidmətlər aprelə qədər pulsuzdur. Bununla bağlı hətta səs yazısı da yayılıb. Şəxsiyyəti məlum olmayan vətəndaş digər şəxsləri kütləvi surətdə xəstəxanalara üz tutmağa və bununla bağlı heç bir ödəniş etməməyə çağırır. Məsələnin aktuallığını nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik və yayılan məlumatların nə dərəcə dəqiq olmasını aydınlaşdırdıq. Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir: “Yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur. Nəzərinizə çatdırırıq ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci ilin yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılmışdır. Bu regionlarla yanaşı 1 aprel tarixindən 21, 1 iyul tarixindən 15, 1 oktyabr tarixindən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər. Tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünmüşdür. Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”. Baku.vs
Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara niyə axın etdilər?



Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
İcbari sığortanın tətbiqinə pul ayrılıb
Maaşından pul tutulanlara MÜHÜM XƏBƏR - Şəxsiyyət vəsiqəsi ilə ...
Bu şəxslərə ŞAD XƏBƏR - Maaşlar artırıldı
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
Tibbi sığortaya nə qədər pul ödəyəcəyik?
Baş Nazirdən daha bir qərar: 90 manat...
ŞAD XƏBƏR - Bu işçilərin MAAŞLARI ARTIRILDI
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib
Xəstəxana işçilərinə ŞAD XƏBƏR: Maaşlar 50 faiz artırılır - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 