Bir çox hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə icbari tibbi sığorta ilə müraciət edərkən müəyyən problemlərlə qarşılaşırlar.
ONN media xəbər verir ki, vətəndaşlara çox zaman müraciət etdiyi tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmadığı və ya düzgün xəstəxanaya müraciət etməli olduqları deyilir.
Bəs icbari tibbi sığorta xidməti hansı xəstəxanalarda keçərlidir? Bu sualı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva AZTV-yə açıqlamasında cavablandırıb.
O bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfinə 2500 sayda tibbi xidmət daxildir: "Bu tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində göstərilir. Əgər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu xidmətin göstərilməsi mümkün olmazsa, vətəndaşlar göndərişlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli özəl tibb müəssisələrinə göndərilir".
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin siyahısı
Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı
Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.



Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
Vətəndaşlar BU ANALİZLƏRİ pulsuz verə biləcək
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Ölkədə tibbi arayışlar ödənişli olacaq?
Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
Azərbaycanda qadınlar üçün XOŞ XƏBƏR - Bu xidmətlər pulsuzdur - VİDEO
Aprelin 1-dən bu xidmətin tətbiqinə başlanılacaq - AGENTLİKDƏN AÇIQLAMA
Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara niyə axın etdilər?
Tibbi göndərişlərlə bağlı YENİLİK
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 