Koronovirus 2019-nCoV virusuna qarşı həyata keçiriləcək əks-epidemik tədbirlər ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) “İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib. TƏBİB-dən verilən məlumata görə, iclası giriş sözü ilə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açaraq Çində 2019-cu ilin dekabr ayında yeni aşkar edilən Koronovirus 2019-nCoV virusuna qarşı respublikanın sərhəd-keçid məntəqələrində və müalicə müəssisələrində təcili olaraq yerinə yetirilməli infeksion nəzarət tədbirlərindən danışıb. İclasda sözügedən virusun dünyada və respublika səviyyəsində mövcud epidemioloji vəziyyəti barədə, virusun növləri, yayılma arealı, virusun xarici mühitdə davamlılığı, xəstəlikdən mövcud ölüm səviyyəsi barədə məlumat verilib. Qeydə alına biləcək 2019-nCoV infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, Respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, ÇXR-dən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə “103” təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından “103” təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, tibb müəssisəsində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.
Azərbaycanın dövlət qurumları təcili toplandı - Səbəb?



TƏBİB-in bu səlahiyyətləri Səhiyyə Nazirliyinə verilir
TƏBİB-dən yeni təyinat
TƏBİB sədrindən XƏBƏRDARLIQ: “Virusun yayılması çoxalarsa...”
Ramin Bayramlının səlahiyyətləri ONA TAPŞIRILDI
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Azərbaycanda koronavirusla bağlı İşçi Qrupu yaradıldı
Ramin Bayramlı daha bir vəzifəsindən ayrıldı
Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb
Azərbaycan İranla sərhəddi gücləndirdi
Ramin Bayramlı danışdı: Əsas məqsədimiz...
Emin Əfəndiyevə daha bir vəzifə verildi
Azərbaycanda koronaya qarşı vaksin hazırlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 