Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdib və vaksinasiya prosesi başlayıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır. Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd olunub. Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır. Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək.
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı



TƏBİB-dən virusla bağlı ÜZÜCÜ XƏBƏR
Bu şəxslərə evlərində peyvənd vurulacaq - TƏBİB
Azərbaycanda bu tarixdən peyvəndləmə başlayacaq - RƏSMİ
Gələn il heç kəs qripə yoluxmayacaq?
"Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək"
Səhiyyə Nazirliyindən qriplə bağlı MÜHÜM AÇIQLAMA
Vaksinlə bağlı əhaliyə çağırış
Ramin Bayramlı danışdı: Əsas məqsədimiz...
Neftçilər xəstəxanasında 7 tibb işçisi koronavirusa yoluxub
Əhali tam olaraq korona əleyhinə vaksinasiya olunub?
Baxçalı koronavirusa qarşı peyvənd edildi
İcra başçısı peyvənd olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 