Bu gün Maliyyə Nazirliyi ilk dəfə tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazlarını qiymətli kağızlar bazarında uğurla yerləşdirib. ONN media bu barədə Nazirliyə istinadən xəbər verir. Məlumata görə, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50,5 milyon manat təşkil edib ki, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101,36 manat (gəlirlilik 8,16%) səviyyəsində müəyyən olunması ilə nəticələnib. Dövlət qiymətli kağızlarına göstərilən böyük maraq investorlar tərəfindən manata olan etimadın və manatda ifadə olunmuş uzunmüddətli maliyyə alətlərinə tələbatın artmasının göstəricisidir. Eyni zamanda bu buraxılış dövlət qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq. Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədar Maliyyə Nazirliyi zəruri tədbirlərin həyata keçirilməsi davam etdirəcək.
Azərbaycanda ilk



Əli Əsədovdan növbəti qərar
Azərbaycanın dövlət borcu nə qədərdir? - RƏQƏMLƏR
SOCAR istiqrazlarına görə kupon ödənişinin vaxtı açıqlandı
Azərbaycanın dövlət borcu açıqlandı
Mərkəzi Bank, 168 günlük notların yerləşdirilməsi üzrə hərrac keçirmişdir
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?
İlham Əliyev qanun imzaladı
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycanda gömrük qaydaları ilə bağlı YENİ QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 