“Counterpoint Technology Market Research” analitiklərinin məlumatına görə, Hindistan ilk dəfə ilin yekununa görə ikinci ən böyük smartfon bazarı olub.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, 2019-cu ildə Hindistana smartfon tədarükünün həcmi 7% artaraq 158 milyona yaxınlaşıb.
Beləliklə, Hindistan ABŞ-ı qabaqlayaraq Çindən sonra ikinci ən böyük smartfon bazarı olub.
Mütəxəssislər qeyd edirlər ki, reytinqdə yerdəyişmə Hindistanda orta qiymətə satılan smartfon seqmentinin çoxalması və Çin brendlərinin aqressiv “hücumu” fonunda baş verib. “Counterpoint” şirkətinin məlumatına görə, ötən il Hindistan bazarına satışa çıxarılmış smartfonların 72%-i Çin istehsalçılarına məxsusdur. Bu, Çin brendləri üçün rekord bir göstəricidir: 2018-ci ildə bu göstərici 60%-ə bərabər idi.
Hindistanda ən böyük smartfon tədarükçüsü olan “Xiaomi” şirkəti tədarük həcmini 5% artırıb. Çinin “Realme” brendinin tədarük həcmi 255% artıb.
2019-cu ildə “Samsung” şirkəti tərəfindən Hindistana smartfon tədarükünün həcmi 5%, bazar payı isə 24%-dən 21%-dək azalıb.
Bu ölkə smartfon bazarında ABŞ-ı geridə qoydu



Ən populyar smartfon istehsalçılarının adları açıqlandı
İphone 14 uğur qazana bilmədi
Dünyada ən çox satılan mobil telefonlar bunlardır
Apple ilin ilk smartfonunu təqdim etdi
“Apple” bu il ucuz smartfon buraxacaq
“Redmi Note 7” təqdim edildi
Ən yaxşı səs keyfiyyətinə malik ağıllı telefonlar hansılardır?
"Samsunq"dan gözlənilməz: Bu ölkədə istehsal dayandırıldı
Putinlə bağlı ŞOK- Smartfon işlətmir çünki...
Dünyanın ən güclü smartfonu - “ASUS ROG Phone”
Smartfon işlədənlərin NƏZƏRİNƏ
Dünya telefon bazarında bir ilk yaşanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 