“Xiaomi” şirkəti ayrıca brendə çevirdiyi “Redmi”nin ilk smartfon modeli olan “Redmi Note 7”ni təqdim edib.
ONN media xəbər verir ki, smartfon 19.5:9 nisbətli 2340x1080 piksel keyfiyyətli 6.3 düym Full HD+ ekranla təchiz olunub. Ekranın üzərində isə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşir. Smartfonun ekranı ön panelin demək olar ki, 95%-ni əhatə edir.
Əsas texniki götəricilərə gəldikdə isə smartfon 8 nüvəli “Snapdragon 660” prosessoru, “Adreno 512” qrafk sürətləndirici, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəyi), 48 MP (f/1.8 diafraqmalı) + 5 MP ikili arxa kamera, 13 MP-lik ön kamera və “Quick Charge 4.0” sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Bununla yanaşı qeyd etmək lazımdır ki, sözügedən smartfon vasitəsilə yüksək keyfiyyətli fotoların çəkilməsi üçün kameralar həmçinin süni zəka texnologiyasını da dəstəkləyirlər.
Smartfon həm USB Type-C həmdə ənənəvi 3.5 mm-lik audiogirişə də sahibdir. Barmaq izi skanı texnologiyası smartfonun şüşə materialdan hazırlanmış arxa panelində yerləşir. Smartfonun gövdəsi isə qradient rəngə sahibdir.
“Redmi Note 7” “Android 9.0 Pie” əməliyyat sistemi vasitəsilə çalışır.
3 GB RAM və 32 GB daxili yaddaşa sahib olan versiya 147$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya 176 dollara, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya isə 206 dollara satılacaq.
Çində smartfon artıq 15 yanvar tarixindən satışa çıxacaq. Qlobal versiyanın təqdimat tarixi barəsində isə heç bir məlumat verilməyib.



Bu şirkətə məxsus 4 kameralı telefon təqdim edildi
"Nokia 9” flaqman smartfonu təqdimata hazırdır
Apple ilin ilk smartfonunu təqdim etdi
“iPhone XI” barəsində yeni məlumatlar
Ən populyar smartfon istehsalçılarının adları açıqlandı
5 ən yaxşı Çin smartfonu
Azərbaycanda daha bir YENİLİK
Yeni iphone modeli nə vaxt təqdim olunacaq?
Ən yaxşı səs keyfiyyətinə malik ağıllı telefonlar hansılardır?
Bu ölkə smartfon bazarında ABŞ-ı geridə qoydu
Bu ilin ən keyfiyyətsiz smartfonlarının adları açıqlandı
Smartfon işlədənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 