Soyuq fəsillər başlayanda şəhərdə tibbi maskalar taxan insanları görmək olur. Görəsən, bu maskalar insanı soyuqdəymədən qoruya bilirmi? ONN media sağlamolun.az -a istinadla bildirir ki, adi tibbi maska insanı viruslardan qoruya bilməz. Bu mümkün deyil. Səbəbi izah edək. Xəstə insanın orqanizmində viruslar sürətlə çoxalmağa başlayır. Viruslar selikli qişalarda yaşayır - burunda, ağızda. İnsan nəfəs verəndə havaya çoxlu sayda viruslar düşür. Bu viruslar çox kiçikdir, mikroskopikdir - təxminən 10 nm. Adi tibbi maska bu virusları asanlıqla buraxır. Bundan əlavə 1-2 saatdan sonra maska insan nəfəsindən nəmlənir və bu da əlavə təhlükə yaradır. Viruslar və müxtəlif mikroblar üçün nəm mühit ən əlverişlidir. Beləliklə, 1-2 saatdan sonra maska artıq infeksiya mənbəyinə çevrilir.
Tibbi maska yalnız bir halda müəyyən kömək edə bilər - bu maskanı xəstə insan taxdıqda. Xəstə insan asqırır və öskürür və bu zaman ətraf mühitə onun ağız suyu ifraz olunur. Ağız suyunda virusların miqdarı adi nəfəsalma zamanı buraxılan havaya ilə müqayisədə, təbii ki, daha çoxdur. Maska ağız suyunun damçılarını çölə buraxmır. Bu halda maska müəyyən kömək edə bilər. Lakin maskanı hər 1-2 saatdan bir dəyişmək, istifadə olunmuş maskanı ehtiyatla çıxardıb dərhal atmaq və sonra əlləri yaxşı yumaq lazımdır. Bir çox xarici ölkələrdə bu qəbul edilmiş qaydadır - ictimai yerlərdə olduqda (nəqliyyat, ofis, məktəb və s.) xəstə insan tibbi maska taxır və bununla ətrafdakıları müəyyən dərəcədə xəstələnməkdən qoruyur. Beləliklə, tibbi maska bizi viruslardan qoruya bilməz. Soyuq fəsillərdə özünüzü viruslardan qorumaq istəyirsinizsə, immun sisteminizi daim möhkəmləndirin. Güclü immun sisteminə heç bir maska, respirator və s. lazım deyil. O, orqanizmə düşən istənilən virusu zərərsizləşdirmək qabiliyyətinə malikdir.Tibbi maskalar bizi VİRUSdan qoruya bilər?



İki maska taxanlara XƏBƏRDARLIQ
Filtrli maskalar təhlükəlidir?
Azərbaycanda maskalar əhaliyə pulsuz paylanacaq
Tibbi maskalardan təkrar istifadə etmək düzgündürmü?
Azərbaycandakı maskalar virusdan neçə faiz qoruyur?
Maska taxmaq vacib olan yerlər – SİYAHI
Nəm maska qoruyuculuğunu itirir - Həkimdən XƏBƏRDARLIQ
“Spirt və maska bizi virusdan qorumur” - VİDEO
Çin bu ölkəyə yararsız maska satdı
Azərbaycanda tibbi maska istehsal ediləcək
Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA
Bakı Metrosunda ŞOK - İnanılmaz qiymətə MASKA SATILIR/VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 