Dünyada koronavirus epidemiyasının yayılması və çox sayda insan təlafatı əhali arasında təşvişə səbəb olub. Azərbaycana qonşu olan İranda da bu virusun aşkar olunması səbəbindən paytaxt Bakıda qoruyucu maskalara olan təlabat birə beş artıb. Bu isə insanların təşvişinə səbəb olub. Bəzi işbazlar isə bu vəziyyətdən istifadə edir. Belə ki, artıq apteklərdə tibbi maska qıtlığı müşahidə olunur. Hətta bir çox apteklər bazalarında maskaların qalmadığını iddia edirlər. “Report” məsələ ilə bağlı araşdırma aparıb. "Avis" Tibbi Marketlər şəbəkəsinin satınalma müdiri Lalə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, apteklərində maska qıtlığı hiss olunur. Onun sözlərinə görə, müraciət edən müştəri sayı da çoxalıb. L.Əliyeva qeyd edib ki, apteklərində əsasən Türkiyə istehsalı olan tibbi maskaları satılır: “Bu maskalar tam steril, üçqatlı və iplikləri qalın toxunulmuş formadadır. Digər maskalarla müqayisədə fərq çox hiss olunur. Qiyməti 50 qəpikdir və heç bir artım olmayıb”. O bildirib ki, əczaçılara bir müştəriyə 10 ədəd maska satılması ilə bağlı təlimat verilib və topdansatışa icazə yoxdur: “Çünki depoda az sayda maska qalıb, sifariş vermişik, gəlməlidir”. "Zəfəran" apteklər şəbəkəsindən isə qeyd edilib ki, əməkdaşlıq etdikləri apteklərin heç birində hazırda qoruyucu maska yoxdur. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, qoruyucu maskaların satışı ilə bağlı özəl şirkətlər məşğul olduğundan bu işə nəzarət nazirliyin səlahiyyəti xaricindədir. İqtisadiyyat Nazirliyindən isə “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb: “Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”. Qeyd edək ki, müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla “Report”a açıqlamasında qoruyucu maskaların iki saatdan bir dəyişilməli olduğunu deyib. Onun sözlərinə görə, insanlar üzərində "tibbi maska" yazılanlardan istifadə etməli və maska ağız və burunu örtməlidir. Xatırladaq ki, dünyada koronavirusdan ölənlər sayı 2 769 nəfərə çatıb.
Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA



Bakı apteklərində maska fırıldağı – Video
Bakıda tibbi maska qıtlığı: "Bir nəfərə iki ədəddən artıq satmırıq" - VİDEO
Azərbaycanda tibbi maska istehsal ediləcək
Bakı Metrosunda ŞOK - İnanılmaz qiymətə MASKA SATILIR/VİDEO
Apteklərdə tibbi spirt və maska niyə yoxdur?
Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır
Azərbaycanda spirt və maskaların satışına nəzarət gücləndirilib
Atılan maskalar yenidən istifadə olunur?
Filtrli maskalar təhlükəlidir?
Azərbaycandan bu tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu
Tibbi maskalar təkrar emala gedəcək
Nəm maska qoruyuculuğunu itirir - Həkimdən XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 