Rusiya-Çin sərhədindəki keçid məntəqələri bağlanıb. ONN media xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin bu barədə sərəncam imzalayıb. Sərəncam koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tərtib olunub. Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 7 mindən çoxdur. Virus Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.
Mühüm SƏRƏNCAM VERİLDİ - Bu ölkə ilə sərhədlər bağlandı

