Türkiyə və Azərbaycan vətəndaşlarını Çinin Uhan şəhərindən təxliyə edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin A400M yük təyyarəsi Monqolustanın paytaxtında eniş edib. ONN media bildirir ki, təyyarə Ulan-Batorda yanacaq doldurduqdan sonra Çinə yola düşəcək. Təyyarənin gecə saatlarında təyinat məntəqəsinə çatacağı gözlənilir. Təxliyə Türkiyənin Səhiyyə Nazirliyinin planlaşdırdığı əməliyyat çərçivəsində aparılır. Təxliyə olunanlar Türkiyədə 14 gün müddətində karantində olacaqlar. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib. “Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib. Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edəcək təyyarə eniş etdi



SON DƏQİQƏ: Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başladı
Ərdoğan azərbaycanlıların Çindən təcili təxliyə edilməsi barədə GÖSTƏRİŞ VERDİ
Prezidentdən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş
Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək
Çindən təxliyə edilən Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR
Təxliyə edilən azərbaycanlıların karantin müddəti bitdi
Əməliyyat hazırdır, ən yaxın zamanda... - Ərdoğan azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ
SON DƏQİQƏ: Türkiyə və ABŞ Əfqanıstanda ƏMƏLİYYAT BAŞLATDI
Türkiyə əsgərlərini Əfqanıstandan gətirən təyyarə Ankaraya endi
Türkiyə vətəndaşlarını Əfqanıstandan təxliyə edir
Bu şəxslər Çindən təxliyyə olundu
Ukraynadan daha 184 vətəndaşımız təxliyə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 