Hindistanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. ONN media xəbər verir ki, bir neçə gün əvvəl Çinin Vuhan şəhərindən Hindistanın Kerala ştatına qayıdan tələbənin səhhəti kəskinləşib. Vuhan universitetində təhsil alan tələbə nəzarət altına alınıb. Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.
Çindən qayıdan tələbədə koronavirus aşkarlandı

