Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, bu virus səbəbindən ölənlərin sayı isə 1524 nəfərə çatıb. Ötən sutka ərzində 2641 yoluxma və 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib.
ONN media xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 8123 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin sayında isə artım davam edir. İndiyədək 8123 nəfər sağalaraq xəstəxananı tərk edib. Həkimlər onların yenidən virusa yoluxmalarını istisna etmirlər.
Virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 513 min nəfəri müəyyən edib, onlardan 169 mini həkim nəzarətinə alınıb.
Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (2277 nəfər) və ölüm (139 nəfər) virusun episentri olan Ubey vilayətində qeydə alınıb.
Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə ümumilikdə 521 nəfərin virusa yoluxması faktı qeydə alınıb. Çinin hüdudlarından kənarda - Filippində və Yaponiyada iki ölüm faktı qeydə alınıb.



Çində son vəziyyət necədir?
Koronavirusla bağlı son rəqəmlər
Çində vəziyyət yenə pisləşir?
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
Çində son vəziyyət necədir?
Çində son vəziyyət necədir?
Bu gün virusa yoluxanların sayı açıqlandı
Qardaş ölkədən korona ilə bağlı ÜZÜCÜ XƏBƏR
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
Çində son vəziyyət necədir?
Koronavirusun ortaya çıxdığı Çində xəstəlikdən ölümlər dayandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 