İtaliyada koronavirusla əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi oktyabrın 15-nə qədər uzadılıb.
ONN media xəbər verir ki, İtaliyada koronavirusla əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı Baş Nazir Cüzeppe Kontenin irəli sürdüyü təklif bu gün parlamentdə səsverməyə çıxarılıb.
Parlament müxalifətinin bir çox nümayəndəsi Baş nazirin təklifinə qarşı çıxsa da təklif lehinə səslərinin çoxluğu ilə qəbul edilib. Səsvermədə 286 deputat təklifin lehinə, 221 deputan əlehinə səs verib, 5 deputat isə bitərəf qalıb. Baş nazir bu addımın ölkədə yaz aylarında tətbiq olunan sərt karantin tədbirlərinin yenidən tətbiq olunması mənasına gəlmədiyini bildirib.
"Bəzi vətəndaşlar fövqəladə vəziyyət rejiminin uzadılmasını sərt karantinin geri qaytarılması kimi başa düşür, amma əslində bu belə deyil",-deyə Konte qeyd edib. Baş nazir, fövqəladə vəziyyət rejimi uzadılmayacağı təqdirdə ölkədə koronavirusun yayılmasına qarşı bu günə qədər görülən səylərin boşa çıxacağını bildirib.



Qazaxıstanda bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi
Bu ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edildi
İTALİYADA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ
Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır
Qonşu ölkədə qadağalar iyulun 15-nə qədər uzadıldı
Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi
Türkiyədə fövqəladə vəziyyət rejiminin uzadıla bilər
Maldiv adalarında fövqəladə vəziyyət rejimi tətbiq edildi
Ölkədə fövqəladə vəziyyət elan edildi - NƏ BAŞ VERİR?
Ukraynada hərbi vəziyyət rejimi 1 ay da uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 