Hazırda ticarətin qloballaşması bir çox məhsulun onlayn şəkildə sifariş verilməsini asanlaşdırıb. İndi dünyanın istənilən ölkəsindən istənilən məhsulu sifariş etmək çox asandır. Məhsulların və sifarişlərin əksəriyyətinin Çin Respulikasından gəldiyi də çoxumuza məlumdur. Hazırda hərkəsi maraqlandıran bir sual mövcuddur. Çindən gələn məhsullar virus daşıyıcısı hesab edilə bilər? Bu barədə İstanbul Universitetinin Tibb Fakültəsinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının professoru Haluk Eraksoy açıqlama verib. O bildirib ki, koronavirus da digər viruslar kimi fəaliyyətini yalnız insan və heyvanların canlı orqanizması daxilində davam etdirə bilər. Virus quru mühitdə öz fəaliyyətini qısa müddət ərzində dayandırır. Viruslar nəmsiz və cansız cisimlərin səthində fəaliyyətini davam etdirə bilmir. Əgər məhsulu kutuya yerləşdirən və bağlama edən şəxs koronovirusdan əziyyət çəkirsə onda bağlama da virus daşıyıcısı hesab oluna bilər mi sualına isə həkim belə cavab verib: "Bəzi bakteriyalar uzun müddət quruya tab gətirə və yaşaya bilir. Viruslar isə əksinə quru, hüceyrədənkənar mühitdə fəaliyyətlərini çox tez itirirlər. Bir virus, yoluxmuş bir insandan cansız bir əşyaya da yayıldığı təqdirdə fəaliyyətini bir neçə saat ərzində itirəcək. Bu virus artıq canlı bir şəxsə yoluxa bilməz".
Həkim bildirib ki, virus bir insandan digərinə yalnız 2 metrdən daha yaxın məsəfadən, öskürərkən, asqırarkən və ya gülərkən, danışarkən keçə bilər. Bugünkü məlumatlara əsasən koronavirusun ət, süd, yumurta və s. kimi məhsullardan istifadə etməklə də insan orqanizmasına yoluxmadığını deyilir.Koronavirus Çindən gələn məhsullarla yayıla bilər? AÇIQLAMA



Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Evdən çıxmasınlar”
Koronavirus orqanizmdə nə qədər qalır?
Koronavirus belə havada daha çox yayılır
Koronavirus Bakıya gələ bilərmi?
Koronavirus dəridə neçə saat yaşaya bilər?
Adi qrip koronavirusdan daha təhlükəlidir- AÇIQLAMA
Koronavirus gələn il yenə qayıdacaq?
Korona ilə bağlı yeni fakt
Putinə virusun sirrini açdılar — “Buna görə təhlükəlidir”
Çindən koronavirusla bağlı açıqlama
VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
Koronavirusa qalib gəlməyin yeganə yolu budur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 