“Koronavirusla bağlı hərə bir söz deyib, milləti dəli etməsin. Hələlik Azərbaycanda virus yoxdur”. ONN media bildirir ki, bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusla bağlı son günlər mediada yayılan müxtəlif məlumatlara münasibət bildirərkən deyib. R.Mahmudov deyib ki, istənilən halda insanlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar: “Bu gün Azərbaycanda koronavirus yoxdur. İnsanları təlaşlandırmasınlar. Bu virus Çinin bir sıra əyalətlərində yayılıb. Koronavirus, əsasən, balıqda, ət məhsullarında olur. Çindən başqa ölkələrə, eləcə də, Azərbaycana heç kim buraxılmamalıdır. Onsuz da karantin elan edilib, ciddi nəzarət var. Çindən ölkəyə gələn şəxsləri 3-4 gün saxlayıb, həkim müayinəsindən keçirirlər. Hər hansı iltihab prosesi, qızdırma, öksürək kimi simptomlar aşkarlanmırsa, onları insanlarla eyni mühitə buraxmaq olar”. R.Mahmudov Çindən idxal edilən məhsulların risk faktoru kim virus daşıyıcısı ola biləcəyini də qeyd edib: “Əlbəttə ki, bu ərəfələrdə Çindən heç nə almaq lazım deyil. Virus Çinin bütün əyalətlərinə yayılmasa da, risklidir. Hansı ərazidə virus aşkarlanıbsa, o ərazilərdən və ya yaxınlığından sifarişlərin ölkəyə girişinə icazə vermək olmaz. Bunu da aidiyyəti qurumlar nəzarətdə saxlayır. Bu virus insandan insana hava yolu ilə yoluxur”. Koronavirus əleyhinə vaksin hazırlanmasının asan olmadığını deyən R.Mahmudov buna ən azı üç ay vaxt lazım olduğunu deyib: “Vaksin hazırlamaq asan deyil. Bunun üçün virusun üzərində laboratoriyada müəyyən prosedurlar aparılmalıdır. Vaksinin hazırlanmasına ən azı üç ay vaxt lazımdır. Çində olan tələbələrimiz də, virusa yoluxmaq istəməyən insanlar da ünsiyyətdən maksimum çəkinməlidirlər. Mümkün qədər evdən çıxmasınlar”.
Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Evdən çıxmasınlar”



“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov
Rəşid Mahmudov koronaya yoluxdu
Məşhur həkim reanimasiyaya yerləşdirildi
Rəşid Mahmudov boşanmaların səbəbindən DANIŞDI
Koronavirus Bakıya gələ bilərmi?
“COVİD-19-a qarşı vaksin yarada bilməyəcəklər” - Rəşid Mahmudovdan SOS
Koronavirus Çindən gələn məhsullarla yayıla bilər? AÇIQLAMA
Koronavirusa görə Azərbaycanda fövqəladə vəziyyət elan ediləcək? - RƏSMİ
Dünyaya Çindən yeni virus yayılır?
Prezidentdən göstəriş- Bir gecədə...
Çindən koronavirusla bağlı açıqlama
Qəribə xəbərdarlıq- Bananda koronavirus?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 