Sumqayıtda transformatorda baş vermiş yanğın nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
ONN media xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.Belə ki, ötən gün axşam saatlarında ərazini elektrik enerjisi ilə təmin edən transformatorda yanğın baş verib. Nəticədə mikrorayon ərazisində elektrik enerjisinin verilişi kəsilib və xeyli sayda ev işıqsız qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Amma evlərə və mənzillərə elektrik enerjisinin verilişi tam bərpa olunmayıb.
Azərişıq ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsindən bildirilib ki, hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri aparılır:
"Qısa zaman ərzində ərazidəki evlər və mənzillər elektrik enerjisi ilə tam təmin ediləcək".



Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı
Bu ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı
Azərbaycanda 40 -a yaxın kənd İŞIQSIZ QALDI
Bu ərazilərdə elektrik enerjisi kəsildi
Yevlaxın 5 kəndi işıqsız qaldı
Güclü partlayış: elektrik enerjisi dayandırıldı
SON DƏQİQƏ: Ağdam qaranlığa qərq oldu
Bu gecə bu ərazilərdə işıq olmayacaq
Binəqədi İŞIQSIZ QALDI
Güclü külək bu rayonları işıqsız qoydu
Elektrik xəttində qəza baş verib
Sumqayıtda bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 