Türkiyə regionda balanslaşdırılmış siyasət aparır. Həm Qərblə əlaqələri qırmaq istəmir, həm də Rusiya ilə regionda münaqişədən qaçır. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanı Krıma dəvət etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Ərdoğanın Krıma gəlməsi mümkünsüzdür: "Düşünürəm ki, Ərdoğanın Krıma rəsmi səfər etməsi real deyil. Çünki Ərdoğanın Krıma səfər etməsi faktiki Krımın Rusiya tərəfindən ilhaqını tanımaq deməkdir. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Krımın Rusiya tərəfində ilhaqını tanımır. Çünki Türkiyə bu məsələdə çalışır ki, Krım mövzusunu həmişə Rusiya ilə münasibətlərdə işlək kart kimi ehtiyatda saxlasın. Ərdoğanın səfəri bir daha göstərdi ki, Türkiyə Ukraynaya biganə deyil. Lakin digər tərəfdən də Krımda yaşayan tatarların taleyi ilə bağlı ciddi narahatlıq keçirir. Düzdür, Ərdoğan Krım tatarlarının taleyi məsələsini çıxışlarında tez-tez dilə gətirsə də, Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdiyi bir dövrdə sərt ritorikadan daha az istifadə etməli oldu. Bu gün Rusiya-Türkiyə münasibətlərində gərginlik müşahidə olunur. Xüsusilə də bu gərginlik İdlib və Liviya məsələlərində özünü bariz şəkildə göstərir. Bu baxımdan tərəflər Suriya və Liviyada üst-üstə düşməyən maraqları balanslaşdırmağa çalışır. Nəticə etibarilə Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi hər iki ölkənin maraqlarına uyğun gəlmir", - deyə o bildirib. Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Putinin Ərdoğanı Krıma səfərə dəvət etdiyini, qarşı tərəfin isə rədd cavabı vermədiyini bildirmişdi.
Ərdoğan Putinin Krım dəvətini niyə rədd etmədi?



İbrahim Kalın: Putin Ərdoğanı dinləyir
Ərdoğandan Krımla bağlı inanılmaz sözlər
Ərdoğan Trampla görüşdən öncə Moskvaya gedir- SƏBƏB?
Ərdoğandan kritik Krım açıqlaması
Ərdoğanın Putinlə 6 saat 20 dəqiqəlik görüşü TARİXƏ DÜŞDÜ
Rusiya Krıma yenə Qafqazdan silah daşıyır
Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi - AÇIQLAMA
Ərdoğanın Rusiyaya səfəri başladı
Moskva Krım məsələsini Ankara ilə müzakirə etmək istəyir
Ərdoğanın Putinə Azərbaycan mesajı nə olacaq?
İşğal bölgəsinin adı dəyişdirilir?- ŞOK
Ərdoğan Rusiyaya getd
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 