Azərbaycan alimləri xarici alimlərlə birgə apardıqları elmi araşdırmalar zamanı Ardıc ağacları (Juniperus oblonga M.Bieb) ilə bağlı maraqlı tibbi məlumat əldə ediblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan ONN media-ya verilən məlumata görə, araşdırma zamanı Ardıc ağaclarında ginekoloji xəstəliklərin - erkən uşaqlıq xərçəngi olan neuroblastomanın (NB) müalicəsi üçün xeyirli olan, şişə güclü təsir göstərə bilən maddə aşkar edilib. Bu ağacda neuroblastomanın müalicəsi üçün güclü təsiredici maddənin olması indiyədək elmi mənbələrdə qeyd edilməmişdi. İnstitutdan bildirilib ki, dərmana qarşı davamlılığın inkişafı baxımından NB-nin müalicəsi üçün yeni terapevtik strategiyalara ehtiyac var. Hazırda onkolojı xəstəliklərin kimyəvi terapiyası zamanı bir çox bitki mənşəli preparatlardan və ya təbii birləşmələr əsaslı analoqlardan istifadə edilir. Digər tərəfdən, ardıclar sərv ailəsinə mənsub olan həmişəyaşıl kol və ya iynə yarpaqlı ağaclardır. Ardıclar İran, Türkiyə və Qafqaz ərazisində dağlarda yayılan dərman bitkisidir. Bu bitkilərdən alınan liqnanlar, flavonoidlər və diterpenoidlər xərçəng əleyhinə xüsusiyyətlərinə görə sınaqdan keçirilib. Araşdırma zamanı ardıc növlərindən alınan və əsasən abietan və labdan skeletinə əsaslanan diterpenoidlərin müəyyənləşdirilməsi zamanı hüceyrə xətlərinin neyroblastoması üçün güclü şiş əleyhinə təsir aşkar edilib. Spektroskopik metodlar və rentgenstruktur analizlərdən istifadə olunmaqla izolyasiya və struktur təhlil yolu ilə ardıclar üzrə aparılan fitokimyəvi tədqiqatlar nəticəsində əvvəllər qeyd olunmamış bir labdan-diterpen, doqquz məlum diterpen, iki məlum liqnan və kumarinin aşkar edilib.
Azərbaycanda xərçəngə qarşı bitki aşkarlandı



Onkoloji xəstəliklərlə bağlı mühüm qərar
Meyvəsi xoş ətirli, bol vitaminli, yarpağı dərman...
Azərbaycanda dünya elmi üçün yeni olan məlumat əldə edildi
Müalicəsi olmayan yeni virus tapılıb
AMEA institutunun iki əməkdaşı vəfat edib
“Azərbaycanda iqtisadiyyatın inkişafına təsir edən amillər” - YENİ KİTAB
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirildi
Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
Azərbaycanda ən çox rast gəlinən psixi pozuntular
Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat verilir 5000 manat
AMEA-ya yeni vitse-prezident seçildi
Ramiz Mehdiyevdən MÜHÜM AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 