Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik Ümumi yığıncağı keçirilir. ONN media xəbər verir ki, yığıncaqdan öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Təhsil naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, ali məktəb rektorları və digər rəsmi şəxslər, ziyalılar elmi nailiyyətlər sərgisini ziyarət ediblər. Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək. Bundan əlavə, 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli" elan olunması ilə əlaqədar tədbirdə D.İ.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək. *** Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən İllik Ümumi Yığıncağında vitse-prezidentlik vəzifəsinə gizli səsvermə olub. Səsvermə nəticəsində bu vəzifəyə akademik Rasim Əliquliyev seçilib.
AMEA-ya yeni vitse-prezident seçildi



Akademiklər toplandı: Nə baş verir?
AMEA-nın I vitse-prezidentləri məlum oldu - Adlar
AMEA-da iki vacib təyinat
Ramiz Mehdiyev yeni direktor təyin etdi
SON DƏQİQƏ: AMEA-da təcili iclas keçirildi
AMEA birinci vitse-prezident seçir: namizədlər kimdir?
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
Dadaş Hüseynova yüksək vəzifə verildi
Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı
Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ
Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 