Mənim üçün çox çirkin oyun qurulur. Məni terrorla, FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda yalandan ittiham edərək, günahlandırmaq istəyirlər. Bunu edənlər öz maraqlarını reallaşdırmaq istəyənlərdir.
ONN media xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov paylaşıb.
“Keçmiş satılmış işçilərimizi, bəzi hakimləri, dövlət adamlarını satılan mal kimi alıblar. Onlar da mal kimi pul qulu olublar, özlərində nə şərəf, nə namus qoyublar. Oğrular, xainlər və FETÖ-çular bir tərəfdə qalıb, bunlar məni ağlın qəbul etmədiyi şeylərlə günahlandırırlar. Bütün bunlara gülüb keçirəm. Bir zamanlar o xocanın (Fətullah Gülən) arxasınca qaçanlar indi mənə iftiralar atırlar. Bunların hamısı yalan və uydurmadır və bunları asanlıqla sübut etmək heç də çətin deyil. Onlar bunu ediblər və bir gün bunun cəzasını çəkəcəklər. Bədbəxtlər, hələ də anlamırsınız ki, sahibləriniz sabah sizi də satacaqlar. Məni ən çox kədərləndirən bu satılmışların arasında soydaşlarımın da olmasıdır. Məni düşmənmi sayırsınız? Mən düşmən deyiləm. Bilin ki, etdiyiniz şərəfsizliyi düşmən belə etməzdi. Bu məni dərindən yaralayıb. Mənə FETÖ-çu deməkdənsə, öz keçmişinizə və övladlarınızın harada təhsil aldığına baxın”, – deyə o bildirib.
Qeyd edək ki, Mənsimov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və qardaşı Mustafa Ərdoğanla sıx əlaqələrə sahibdir. Bundan başqa onun AKP-nin üzvü, keçmiş daxili işlər nazir Məhməd Ağarla da biznes əlaqələri mövcuddur. 1998-ci ildən Türkiyədə yaşayan Mənsimov 2007-ci ildə Türkiyə vətəndaşlığı alıb.



Mənsimov keçmiş naziri prokurorluğa şikayət etdi
İzmirdə əməliyyat- 47 hərbçi saxlanıldı
Mübariz Mənsimov məhkəmədə çıxış etdi: "Öz əlimlə təqdim etdim"
Mənsimov bu tarixdə azadlığa çıxacaq?
Kırmızıgül Mübariz Mənsimovun məhkəməsində NƏLƏR DEDİ?
Fətullah Gülən öldü
Mübariz Mənsimovdan XƏBƏR VAR
Türkiyə ordusunun generalı həbs edildi
Türk xalqı bu əsrə gözu yumulu girmədi – Cavid İSMAYIL yazır
Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
TÜRK XALQI BU ƏSRƏ GÖZU YUMULU GİRMƏDİ – CAVİD İSMAYIL YAZIR
Xatirə ilə Vasifin İnstaqram qalmaqalı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 