Milli Məclisə seçkilər yekunlaşmaq üzrədir. Artıq Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 125 dairənin hər biri üzrə lider namizədlər də bəlli olub. VI çağırış Milli Məclisin tərkibi haqqında maraqlı məlumatları təqdim edirik: Milli Məclisə keçirilən seçkilərdə ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) 74, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 1, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) 1, Ana Vətən Partiyasının (AVP) 1, Böyük Quruluş Partiyasının (BQP) 1, Vəhdət Partiyasının (VP) 1, Vətəndaş Birliyi Partiyasının (VBP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) 1 nümayəndəsi lider namizəd elan edilib. Lider namizədlərin 21-i qadın, 104-ü isə kişidir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib. Qaliblər arasında 44 yeni sima var. Parlament seçkilərində Vasif Talıbov, Eldar İbrahimov, Madər Musayev, Hadi Rəcəbli, Mixail Zabelin, Fəttah Heydərov, İmamverdi İsmayılov və Fəzail Ağamalı ardıcıl 6-cı dəfə deputat seçilib. İlkin nəticələrə əsasən, Milli Məclisin yeni tərkibində ən gənc deputat xanımdır. Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən lider namizəd Səbinə Xasayevanın 26 yaşı var. Yeni tərkibin ən yaşlı lider namizədi isə Fəttah Heydərovdur. 116 saylı Qəbələ Seçki Dairəsindən deputat seçilən F.Heydərovun 82 yaşı var. 1 saylı Şərur-Sədərək Seçki Dairəsinin lider namizədi Vasif Talıbov 94,6 % səslə 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir. 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayev isə 20,9 % 125 dairədən seçilən namizədlər arasında ən aşağı səs faizi ilə qalib gələn şəxsdir.
Milli Məclisə seçilən deputatlarla bağlı MARAQLI MƏLUMATLAR



Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
MSK sədrinin səlahiyyətləri alındı
4 partiya sədrinə vəzifə verildi
MSK bir nəfərin səlahiyyətinə xitam verdi
SON DƏQİQƏ: YAP-ın namizədləri TƏSDİQLƏNDİ - Köhnə deputatların adı...
MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ
Seçki bülletenlərinin çapına başlanıldı
Rəqibləri İlham Əliyevi təbrik etdi
XİN rəsmi məlumat yaydı
YAP parlament seçkiləri ilə bağlı qərar verdi
Prezident seçkilərinə təşviqat kampaniyası başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 