Fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından 70 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasından hərəyə 1 nəfər seçilib. 40 deputat isə partiyasızdır.
ONN media xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə görə, növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra parlamentin ilk sessiyadan etibarən Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir. Odur ki, artıq MSK üzvlərinin səlahiyyətləri bitib.
Səlahiyyətləri bitmiş Mərkəzi Seçki Komissiyasının 17 üzvü var: Məzahir Pənahov - sədr, Rövzət Qasımov - sədr müavini, Arifə Muxtarova - katib, Mikayıl Rəhimov - katib, Fuad Cavadov, Şaitdin Əliyev,Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov.
Məzahir Pənahov 2000-ci ildən MSK sədridir. O, Yeni Azərbaycan Partiyasının təqdim etdiyi nümayəndədir. İndiyədək Məzahir Pənahovun sədrliyi ilə 13 seçki (5 parlament seçkisi, 4 prezident seçkisi, 4 bələdiyyə seçkiləri), 3 referendum keçirilib.
Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini azlıqda qalan partiyaların, üçdə bir hissəsini bitərəflərin təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.
9 fevral seçkilərinin ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası çoxluq partiyası, digər partiyalar azlıq partiyaları sayılır. Respublikaçı Alternativ Partiyasının və deputat Razi Nurullayevin partiyasının dövlət qeydiyyatı olmadığı üçün MSK üzvlüyünə Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası nümayəndələr təqdim edə bilər.
Seçki Məcəlləsinin tələbinə görə, parlamentdəki çoxluğun, bitərəflərin və azlığın namizədləri irəli sürülməli və Milli Məclisin iclasında onlar qəbul olunmalıdır. MSK-nın yeni tərkibinin də əsasən indiki tərkibdən ibarət olacağı ehtimal edilir.
MSK-nın tərkibinin müəyyənləşdirilməsinin vaxtı ilə bağlı qərar hakimiyyətdən asılıdır. Yəni konkret olaraq əvvəlcədən vaxt müəyyənləşdirilmir. Sadəcə olaraq, əvvəldən deyilir ki, MSK üzvlərinin səlahiyyət müddəti 5 ildir və hər dəfə parlament seçkiləri keçiriləndə yeni tərkib formalaşdırılmalıdır.
MSK formalaşdırıldıqdan sonra isə yuxarıda qeyd olunan proporsiyaya uyğun olaraq dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları formalaşdırılacaq.axar.az



DİQQƏT- Nəzərdə tutulan vaxt başa çatır
Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
MSK-dan 6 siyasi partiya ilə bağlı QƏRAR
Türkiyədə seçkilərin yekun nəticələri açıqlandı
Nazarbayevin partiyası qalib gəldi
Gürcüstan MSK səslərin 90%-dən çoxunu hesabladı - YENİLƏNDİ
Daha bir partiya ləğv edildi
Milli Məclisə seçilən deputatlarla bağlı MARAQLI MƏLUMATLAR
Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk
Parlament seçkiləri zamanı bir nəfər ölüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 