Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə Strateji Müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı nəşr edilib. Türk dilində olan kitab Türkiyənin “Ötükən” Nəşriyyat evi tərəfindən dərc olunub. Kitabda Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil edilir. Kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunur, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilir. Nəşrdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl dövründə münasibətlərdən xüsusi bəhs olunur. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətlərinin iki dövlət arasında strateji müttəfiqlik əlaqələrinin müasir səviyyəyə çatmasına xidmət etdiyi vurğulanır. Altı fəsil və 390 səhifədən ibarət kitabda hərbi, iqtisadi, enerji və nəqliyyat sahəsində əlaqələr detallı şəkildə təhlil edilib.
Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edildi



Ərdoğan da Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ
İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi
Türkiyə-Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldi
Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub
İlham Əliyevdən Şuşadakı konfrans iştirakçılarına müraciət
İlham Əliyev Ərdoğanla danışdı- TƏYYARƏ GÖNDƏRİR
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı
Türkiyə ilə münasibətlər ən yüksək səviyyəsindədir - XİN
Ərdoğan İlham Əliyevi təbrik etdi
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək
Binəli Yıldırım Şuşaya səfər edib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü (YENİLƏNDİ)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 