Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
ONN media xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulandı.
Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı.
Görüşdə ölkələr arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunuldu.
Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.



İlham Əliyev və Ərdoğan Şuşada
İlham Əliyev Hakan Fidanı qəbul etdi
İlham Əliyev Şentopla görüşdü
Azərbaycan ordusu bu ölkələrlə birgə təlim keçəcək
İlham Əliyev və Ərdoğan Şuşada təkbətək görüşdü
Prezident İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyevlə Ərdoğan arasında görüş başa çatdı - YENİLƏNDİ
İlham Əliyev türkiyəli naziri qəbul edib
İlham Əliyev Ərdoğanı Azərbaycana dəvət etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 