Fevralın 18-də separatçılar Ukraynanın Donbas bölgəsində qəfil hücuma keçib. Zolotoyda davam edən döyüşlər nəticəsində Ukrayna ordusu ağır itki verib. Ukraynalı jurnalist Yuri Butusovun məlumatına görə, Zolotoydakı döyüş yerli vaxtla səhər 5-dən bəri davam edir. Cəbhədə vəziyyət gərgindir. Severodonetsk, Lisiçansk, Popasnoy sakinləri artilleriya səsi eşidirlər. Butusovun sözlərinə görə, 2018-ci ildən bəri Ukraynda bu miqyasda döyüş baş verməyib. Birləşmiş Qüvvələr Əməliyyatının feysbuk səhifəsində verilən bilgiyə görə, separatçılar Novotoşkovskoye, Orexovo, Krımskoye, Xutor Volnı yaşayış məntəqələri yaxınlığında Ukrayna ordusunun mövqelərinə hücum təşkil edib. İşğalçılar Minsk memorandumu ilə qadağan edilmiş silahlarla əsgərlərə atəş açıb. 120 mm-lik minaatanlardan, 152 mm çaplı kalibr artilleriya və ağır pulemyotlardan istifadə olunub. Hücum nəticəsində çox sayda əsgərin öldüyü və yaralıların olduğu bildirilir. Amma həkə ki itkilər barədə dəqiq məlumat verilmir. Qeyd edək ki, bu yaşayış məntəqələrinin ərazisində müdafiəni 72-ci və 93-cü briqadaların hərbçiləri aparır. Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. Nəticədə Donetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri, qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, separatçıların sırasında Rusiya hərbçiləri də var. Rusiya bu ittihamı rədd edir.
Ukraynada dəhşətli DÖYÜŞLƏR BAŞLADI- VİDEO



Prezident təcili İCLASA ÇAĞIRDI- Nə baş verir?
Təmas xəttində vəziyyət GƏRGİNDİR- 3 ÖLÜ
Rusiya-Ukrayna müharibəsində son durum- ZELENSKİ AÇIQLADI
Ağır itkilər verən rus ordusu geri çəkildi, daha bir neçə hərbi kolon MƏHV EDİLDİ
Ukraynada bir neçə yerdə atəş səsləri... - Müharibə başladı?
Ukrayna bu gün 260 rus əsgərini məhv etdi
Cəbhədə şiddətli DÖYÜŞ: Düşmən mülki əhalini atəşə tutur
Baxmut uğrunda döyüşlər davam edir - Ukrayna ordusu irəliləyir
Təmas xəttində ŞİDDƏTLİ DÖYÜŞLƏR - 7 ölü, 5 yaralı
Ağdərə, Xocavənd istiqamətlərində döyüşlər gedir - SON DƏQİQƏ
Gecə ərzində gərgin döyüşlər davam edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 