Moskvadakı görüş bir daha sübut etdi ki, Astana və Soçi razılaşmaları artıq öz əhəmiyyətini itirib. ONN media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin İdlib zonasında gərginliyin azaldılması ilə bağlı görüşünü şərh edərkən deyib. O vurğulayıb ki, tərəflərin heç biri güzəştdə getmək istəmir: “Son zamanlar Suriyada siyasi proseslərin yenidən gərginləşməsi Türkiyə və Rusiya münasibətlərindən də yan keçmədi. Əsədin İdlibə aramsız hücumlarına Rusiyanın hava dəstəyi verməsi tərəflərin yenidən danışıqlar masasına oturmasının vacibliyini artırdı. Türkiyə Moskvadakı görüşə konkret tələblərlə gəlmişdi. Türkiyənin bu tələbləri, bir növ, ultimatum xarakteri daşıyırdı. Türkiyənin irəli sürdüyü tələblər əsasən bunlardır: 1. Əsəd İdlibə yönəlik hərbi əməliyyatları dayandırmalıdır. 2. Qoşunlar ilkin mövqelərinə tez bir zamanda geri dönməlidir. 3. İdlib ətrafında yaradılan dislokasiya zonası yenidən Türkiyənin nəzarətində qalmalıdır. Əslində, Türkiyənin tələb etdiyi bu şərtlər heç də yeni deyil. Diqqətlə baxsaq, görə bilərik ki, bu tələblər Soçi və Astana razılaşmalarının əsas müddəalarıdır. Yəni Türkiyə konkret Rusiyadan Astana və Soçi razılaşmalarının tələblərinin yerinə yetirilməsini istəyir”. Politoloq bildirib ki, danışıqlar zamanı diqqət çəkən əsas məsələ Rusiyanın dəyişən mövqeyidir: “Belə ki, Rusiya artıq Astana və Soçi razılaşmalarının münaqişənin həllində kifayət etmədiyini düşünür. Çünki hazırki siyasi proseslər hər iki formatın qüvvədən düşdüyünü göstərir. Təbii ki, burda dəyişən siyasi vəziyyəti də nəzərə almaq lazımdır. Bu baxımdan düşünürəm ki, Rusiya yeni bir müqavilənin bağlanmasını istəyir. Nəticə etibarilə Türkiyə çətin ki, hazırki vəziyyətlə barışsın. Hesab edirəm ki, Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin görüş nəticə vermədi. Liderlərin görüşü ilə bağlı anons da buna görədir”
Türkiyənin Moskvaya İdliblə bağlı 3 mühüm ŞƏRTİ



Ankarada VACİB TOPLANTI: Türkiyə və Rusiya heyəti yenidən görüşəcək
Türkiyə və Rusiya bu məsələdə razılığa gəldi
Türkiyə İdlibə hərbi texnika göndərdi
Bu üç ölkə hərəkətə keçir - İdlib ƏMƏLİYYATI
Suriyada sülhün qarşısını kim kəsir?
Rusiyadan İdlib AÇIQLAMASI: İran və Türkiyə ilə...
Türkiyə daha bir hücum edərsə tək qalacaq- Özdəmir
Dünyanın gözü bu görüşdə - BAŞLADI
Türkiyə İdlibə əlavə qüvvə yeridir
ABŞ Suriyada Rusiya bazasını niyə vurmadı? – Şərh
İdlibdə Suriyanın iki təyyarəsi vuruldu
Əlavə əsgər göndərəcəyik - Çavuşoğlu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 