Bakının M.Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.
ONN media qafqazinfo-ya istinadən xəbər verir ki, bu isə öz növbəsində həmin küçədən keçən 7B, 14,18,102,114A,114B,159,165,193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir. Hazırda avtobuslar "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Zərdabi küçəsindən geriyə dönməklə təşkil edilib. Bu da iritutumlu avtobusların hərəkətinə maneə yaradır. Avtobuslar hazırda gecikmə ilə hərəkət edir ki, bu da sərnişinlərin uzun muddət dayanacaqda qalaraq vaxt itirməsinə səbəb olur. Eyni zamanda dayanacaq məntəqəsində insanların çox toplanması onların yolun hərəkət hissəsinə çıxmasına rəvac verir. Nəticədə hərəkət təhlükəsizliyi səviyyəsi aşağı düşür. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verilməlidir."20 Yanvar"da hərəkət iflic oldu



Bakıda bu istiqamətdə nəqliyyatın hərəkəti tam dayandırıldı - DİQQƏT
27 marşrutun hərəkət sxemi dəyişdirildi - DİQQƏT
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
DİQQƏT! Bakıda 23 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
Bakıda marşurutlar üzrə gecikmələr baş verdi
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət sxemi dəyişdirildi
BNA məlumat yaydı: Bu marşurutların hərəkəti dəyişdi - DİQQƏT!
Bakının bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
Sumqayıta getmək istəyənlərin NƏZƏRİNƏ
3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 