Çində meydana gələn və çoxsaylı ölümlərə səbəb olan koronovirusun İranda yayılması ciddi narahatlıq yaradıb. ONN media xəbər verir ki, İranda artıq bu virusdan ölənlərin sayının 18-ə çatması səbəbindən qonşu ölkələr – Türkiyə, İraq və Pakistan bu ölkə ilə sərhəd-keçid məntəqələrini bağlayıb. Türkiyə hətta İrandan Naxçıvan vasitəsilə ölkəyə girişin qarşısını almaq üçün Naxçıvan sərhəd-keçid məntəqəsini də qapadıb. Ermənistan İranla sərhədi bu gün bağlayacağını açıqlayıb, Gürcüstan isə hava əlaqəsini dayandırıb. Azərbaycan Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində iş rejimini gücləndirib, dezinfeksiya işləri aparılır və gediş-gəliş məhdudlaşdırılıb. Xüsusilə toplu halda turist səfərləri təxirə salınıb. Azərbaycanın İrandakı konsulluqları da viza verilməsində məhdudiyyət tətbiq edir. Həmçinin rəsmi qurumlar İrana səfər etməməklə bağlı çağırış edib. Buna baxmayaraq, İranla sərhəd-keçid məntəqələri tam bağlanmayıb. Mövzu ilə bağlı saytımızın sualını cavablandıran Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, sərhəd qapılarının bağlanması qurumun səlahiyyətinə aid deyil: “DGK Səhiyyə Nazirliyi ilə birgə lazım olan tədbirləri görür və sərhəd-buraxılış məntəqələrində nəzarət gücləndirilib, dezinfeksiya işləri aparılır və ölkəyə daxil olan şəxslər yoxlanılır. Ancaq sərhəd-keçid məntəqəsinin bağlanması səlahiyyəti DGK-ya aid deyil”. Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu verilib.
Azərbaycan İranla sərhədi niyə bağlamır? - AÇIQLAMA



Gömrük Komitəsindən İranla sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA
Ruhani əmr verdi- Ordu hərəkətə keçdi
İranla sərhəddə yeni keçid məntəqəsi açılacaq
Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi işini davam etdirir - RƏSMİ
Türkiyə sərhədlərini İran yük maşınları üçün BAĞLADI
Türkiyə ilə Gürcüstan sərhədi bağlanır?
Daha bir ölkə İranla sərhədi bağladı
Türkiyə və Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanacaq
İran qonşu ölkələrlə sərhədləri bağladı
Gürcüstanla Türkiyə arasında gediş- gəliş dayandırıldı
Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ
39 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 