ONN İnformasiya Agentliyi

Gürcüstanla Türkiyə arasında gediş- gəliş dayandırıldı

Gürcüstanla Türkiyə arasında gediş- gəliş dayandırıldı
14-03-2020, 19:15

Gürcüstan və Türkiyə arasında “Sarp” sərhəd-keçid məntəqəsindən gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

ONN media xəbər verir ki, bu barədə birgə razılıq hər iki ölkənin hökuməti arasında əldə olunub.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq.

Razılığa əsasən, Gürcüstan-Türkiyə sərhədindəki digər gömrük keçid məntəqələri - “Vale” və “Kartsaxi” adi rejimdə fəaliyyət göstərəcəklər.

İki ölkə arasında hava əlaqəsi də davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png