İranda təhlükəli koronavirusun yayılmasına baxmayaraq, bu ölkənin vətəndaşları hələ də onlayn viza üçün müraciət edib Azərbaycana gələ bilərlər. ONN media xəbər verir ki, buna baxmayaraq, Novruz bayramını Azərbaycanda qeyd etmək istəyən tətil paketləri almış bəzi İran turistləri tur rezervasiyalarını ləğv etmək istəyirlər. Bu barədə “Sputnik”ə İranın turizm şirkətinin direktoru Ulduz Həmid Cahadi məlumat verib. Onun sözlərinə görə, İrandan təxminən 10 ailə hotel nömrələrinin sifarişlərinin ləğvi tələbi ilə şirkətə müraciət edib. Bura əsasən 4 ulduzlu hotellər daxildir: “Lakin biz sərhədlər açıq qaldığı müddətdə sifarişləri ləğv etməyə tələsmirik. Çünki bu vəziyyətdə turistlər zərər görəcək. Gəzinti heç bir xüsusi səbəb olmadan turistlər tərəfindən ləğv olunarsa, cərimə ödəməli olacaqlar". Şirkət nümayəndəsi bildirib ki, hazırda Azərbaycanın İrandakı konsulluğu vizaların verilməsini dayandırıb. Ancaq iranlı turistlərin əksəriyyəti onlayn qaydada viza üçün müraciət edirlər. Buna görə də bu gün onlar üçün heç bir problem yoxdur. Qeyd edək ki, koronavirusun yayılmasından əvvəl Novruz bayramında İrandan Azərbaycana 50 min turistin gələcəyi proqnozlaşdırılırdı. Xatırladaq ki, İranda koronavirusdan 50 nəfərin öldüyü iddia olunur.
Koronavirusun tüğyan etdiyi İrandan Azərbaycana 50 min insan gələcək? - AÇIQLAMA



Koronavirusdan Azərbaycana Novruz zərbəsi - İtkimiz böyük olacaq
"Ərəb turistləri itirdik" - AzTA sədrindən təəssüf dolu AÇIQLAMA
İran turistlər üçün vizaların verilməsini bərpa edir
"Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir"
Valeri Meladze və Vera Brejneva rusiyalı turistlər qarşısında çıxış etməkdən imtina ediblər
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Viza ilə bağlı AÇIQLAMA
İranda olan Azərbaycan vətəndaşları təyyarə ilə qaytarılacaq
SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
İran 28 ölkə ilə viza rejimini ləğv edir
Azərbaycana gələn turistlər əsasən hansı əraziləri gəzirlər?
39 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 