İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib.
ONN media xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib. O, bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər:
"Onların çoxu 4 ulduzlu otellərdə yer bron edən iranlı turistlərdir. Amma hələki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki, bu turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir".
Həmid Cahadi bildirib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gəlməsi proqnozlaşdırılıb:
"Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizim tur şirkətdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədirlər. Novruz Bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün, iranlı turistlər bu bayramı ölkəmizdə qeyd etmək arzusundadırlar. Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq."
"Baku Life Travel"ın rəhbəri Aqşin Hüseynov açıqlamasında bildirib ki, İranda koronavirus təhlükəsi ilə bağlı Azərbaycana səyahət bileti alanlardan bir neçə ailə biletin ləğvi üçün müraciət edib:
"Bizdən tur paket alan iranlı turistlərin sayı 30-35 ailədir. Əslində biz bu Novruzda İrandan daha çox turistin gələcəyini proqnozlaşdırırdıq. Amma İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq turistlər asan vizaya müraciət edə bilərlər. Əgər İranla sərhədlər bağlanmasa güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki, rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur".



Koronavirusun tüğyan etdiyi İrandan Azərbaycana 50 min insan gələcək? - AÇIQLAMA
Azərbaycana gələn turistlər tibbi müayinədən keçəcək və vaksinasiya olunacaqlar
Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı...
Azərbaycana turist axını artdı
Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır
Ərəblər Azərbaycandan "küsüb"- SƏBƏB?
İrana da səfər edən turistlərin sayı azaldı - SƏBƏB
Son 6 ayda ölkəyə gələn turistlərin sayı açıqlandı
Qahirədən Qəbələyə ilk çarter reysi
Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək
Çinli turistlər Naftalan neftini seçir
Turist gəmisində sərnişinlər təxliyə edildi - NƏ BAŞ VERİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 