Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm. Bu, həqiqətən də yaxşı ənənəyə çevrilib. Biz hər il nəticələri nəzərdən keçirir və gələcək işləri planlaşdırırıq. Biz artıq yekun mərhələyə yaxınlaşan Cənub Qaz Dəhlizi layihəsinin ildən-ilə çox mühüm icrasını müşahidə edirik. ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. İlham Əliyev bu ilin sonunadək bütün işlərin tam yekunlaşacağına ümidvar olduğunu bildirib: Biz layihənin açılışını mərhələli şəkildə etmişik. 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik və Cənub Qaz Dəhlizinin istismara verildiyini rəsmi olaraq elan etdik. Sonra əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı. Bu, bizə “Şahdəniz” və digər qaz yataqlarından daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Çünki bizim planımız fəaliyyətimizi genişləndirmək və hələ ki, kəşfiyyat mərhələsində və ya yekun hazırlıq mərhələsində olan digər yataqlardan hasilat səviyyəsini artırmaqdır. Bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib. Bir daha xoş gəlmisiniz”.
Prezident Tramp şəxsən prosesdə iştirak edir – Əliyev



İlham Əliyev ABŞ dövlət katibinin müşaviri ilə görüşdü- YENİLƏNİB
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış etdi
İlham Əliyev ABŞ dövlət katibinin müşaviri ilə görüşdü
İlham Əliyev Laura Loxmanı qəbul edib
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında iştirak edir
İlham Əliyev Nazirlərin beşinci toplantısında iştirak edir
Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bakıda mühüm toplantı: Prezident iştirak edir
“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”- İlham Əliyev
Prezident AB rəsmisini qəbul etdi
Cənub Qaz Dəhlizi ilə bağlı nazirlərin iclası keçiriləcək
Prezident:"Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 