Bu il Bənövşəyi xəttin üçüncü, ümumilikdə "Bakı Metropoliteni"nin isə 26-cı stansiyası şəhər sakinlərinə təqdim olunacaq.
Bu barədə ONN media-ya "Bakı Metropoliteni" QSC-dən bildiriblər.
Məlumata görə, yeni stansiyanın və yeni xəttin deposunun birinci mərhələsinin istifadəyə verilməsi isə qarşıdakı dövrə xüsusi önəm verəcək:
"2020-ci il “Bakı Metropoliteni” QSC-nin 6 il əvvəl başlamış böyük tərəqqi, iqtisadi-sosial inkişaf yolunun davamı olacaq. Rabitə və işarəvermə qurğularında da mütərəqqi ideyaların tətbiqi, hərəkətin idarə olunması, stansiyaların işinin təşkili sahəsində dövrün son elmi nailiyyətlərindən biri olan SCADA, onun tərkib hissəsi CBTC və TETRA rabitə sisteminə keçid üzrə işlər nəzərdə tutulan tədbirlər ardıcıllığına görə bu gün də davam etdirilir. Bu sistem stansiyadakı bütün prosesləri vahid mərkəzdən idarə etmək imkanına malikdir. CBTC isə qatarların hərəkətini radiosiqnallar vasitəsilə tənzimləyəcək. Bu da əvvəlki sistemlərlə müqayisədə daha etibarlıdır. Yeni sistemin işə düşməsilə yolun üst quruluşu elementlərinin, rels dövrəsi və svetoforların xeyli hissəsi ixtisar olunacaq ki, bu da iqtisadi böyük səmərə deməkdir. Bu mənada mövcud xətlərdə də inqilabi yeniliyin ilk addımları 2020-ci ildə atılacaq. “Nərimanov” elektrik deposunda 2017-ci ildə başlanmış layihə ilə ox sayğacı bazasında mikroprosessor sisteminin quraşdırılması yekunlaşacaq və bu gələcəkdə hərəkətin intensivləşdirilməsi, ən müasir idarəetmə sistemlərinə keçidin birinci mühüm mərhələsidir. Bu işlər növbəti mühüm mərhələ - “Elmlər Akademiyası” stansiyasında qurulmasına başlanılacaq yeni dispetçer mərkəzlərinin yaradılması ilə davam edəcək".



"Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Yeni metro stansiyası necə adlandırılacaq?
Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək
"8 Noyabr" metro stansiyasından YENİ XƏBƏR - FOTO
Bu ərazidə yeni metro stansiyası açılacaq
Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?
Bakıda yeni metro stansiyası nəvaxt istifadəyə veriləcək?
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?
Metro qatarlarında YENİLİK
Bu metro stansiyaları ilə bağlı MÜHÜM XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 