Dünya ölkələrində koronavirusun sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən Azərbaycanda da zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İrandan gəlmiş şəxslərin koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi, Gürcüstan və Belarusda Azərbaycandan keçən şəxsdə virusun aşkarlanmasına dair xəbərlər koronavirus təhlükəsini artırır. Rəsmi məlumatlara görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı hazır vəziyyətdə öz fəaliyyətini davam etdirir. Laboratoriyalar COVID-19 koronavirusun müayinəsi üçün PZR (Polimeraz Zəncirvari Reaksiya) dəstləri, Fərdi Mühafizə Vasitələri, dezinfeksiyaedici vasitələrilə təmin olunub. Eyni zamanda, müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub. Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilmişdir. Xəstəliyə hər hansı şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə Respublikanın istənilən ərazisinə ezam oluna və qısa zaman ərzində müayinələri həyata keçirə bilər. Maraqlıdır, koronavirusun müayinəsi necə aparılır? Hansı müayinə və nümunələrlə bu virusa yoluxub-yoluxmamağı bilmək olar? Azərbaycanın baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında deyib ki, koronavirusun müayinəsi adi nümunədir: “Qan analizi və əsnəkdən yaxma götürülə bilər. Nümunələr müvafiq xəstəxanaya təqdim olunur və maksimum bir gündən sonra müayinənin cavabları hazır olur. Bu nümunələr yalnız Təhlükəli İnfeksiyalara qarşı Mübarizə Mərkəzində yoxlanılır və cavablandırılır. Koronavirusla bağlı nümunə vermək üçün istənilən xəstəxanaya müraciət etmək olmaz. Yalnız xəstəxananın Təhlükəli İnfeksiyalara qarşı Mübarizə Mərkəzinə göndərişi ilə bu nümunələri vermək olar”.
Koronavirusla bağlı analiz: Harada verilir? – BAŞ İNFEKSİONİST



Azərbaycanda 300 -dən çox insan karantindən buraxıldı
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Koronavirusun ən vacib simptomu budur
Parlament komitə və komissiya iclaslarını DAYANDIRIR
Müdafiə Nazirliyi hərəkətə keçdi: Koronavirusla mübarizə...
Daha üç azərbaycanlıda koronavirus AŞKARLANDI
Şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycanda daha 67 nəfər koronavirusa yoluxub
“Üç gözəl”də karantin qaydaları pozuldu
SON DƏQİQƏ: Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 24 yeni yoluxma - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 