Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, Azərbaycan bu baxımdan hətta bir çox ölkələri qabaqlayır. C.İsayev koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanla qonşu ölkələrin - Türkiyə, Rusiya və İranla gediş-gəlişin məhdudlaşdırılmasını da olduqca mühüm tədbir hesab edir. C.İsayev qeyd edib ki, Azərbaycanda səmərəli qabaqlayıcı tədbirlərin görülməsi sayəsində vəziyət nisbətən daha qənaətbəxşdir: "Lakin buna baxmayaraq, məsələyə ciddi yanaşmaq, panikaya yol verməmək, təhlükənin real olacağını da başa düşmək lazımdır. Buna görə də insanlar virusun daha çox yayılmaması üçün tələb olunan sanitar-gigiyenik qaydalara əməl etməlidirlər". Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...



Azərbaycanda payız ayları üçün təhlükəli koronavirus proqnozu - DİQQƏT!
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
"Bu dəfə çox çətin olacaq…" — Baş infeksionistdən XƏBƏRDARLIQ
Əhaliyə koronavirus XƏBƏRDARLIĞI
Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir?
Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?
Azərbaycanda 4 yeni koronavirusa yoluxma qeydə alındı
Koronavirusla bağlı əhaliyə mühüm xəbərdarlıq
Yaxın günlərdə yeni qadağalar ola bilər - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 