Bərdə rayonunda qadının qətli ilə bağlı cinayət işi başlanıb. ONN media xəbər verir ki, fevralın 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. C.Rəncbəri Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bərdədə 58 yaşlı qadını qətlə yetirən şəxs TUTULDU



Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Azərbaycanda ŞOK CİNAYƏT - Qadını evdə öldürüb qaçdılar
Bakıda dəhşətli qətl - 39 yaşlı qadının meyiti tapıldı
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Masallıda ər 16 yaşlı həyat yoldaşını AMANSIZLIQLA QƏTLƏ YETİRDİ
Prokurorluq stilistin qətli barədə MƏLUMAT YAYDI
Azərbaycanda qonşular arasında QANLI CİNAYƏT
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
Bakıda qısqanc ərdən DƏHŞƏTLİ ƏMƏL - 29 yaşlı arvadını...
Bakıda dəhşətli cinayət - 23 yaşlı gəlinin meyiti tapıldı
Azərbaycanda daha bir QADIN CİNAYƏTİ: Amansızlıqla öldürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 