Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Daxili İşlər Nazirliyindən ONN media bildirilib ki, məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olmuşdur. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Masallıda ər 16 yaşlı həyat yoldaşını AMANSIZLIQLA QƏTLƏ YETİRDİ



Bərdədə 58 yaşlı qadını qətlə yetirən şəxs TUTULDU
Bakıda dəhşətli qətl - 39 yaşlı qadının meyiti tapıldı
Qaradağ törədilmiş qətlin üstü “isti izlər”lə AÇILDI
Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Bakıda qısqanc ərdən DƏHŞƏTLİ ƏMƏL - 29 yaşlı arvadını...
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Azərbaycanda 2 yaşlı qız əməliyyat vaxtı öldü - CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda daha bir QADIN CİNAYƏTİ: Amansızlıqla öldürüldü
Azərbaycanda ŞOK CİNAYƏT - Qadını evdə öldürüb qaçdılar
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Şəmkirdə 83 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 