Bu il Azərbaycanda valideynlər tərəfindən uşaqlara qoyulması tövsiyə edilməyən adlar açıqlanıb. Ədliyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat orqanlarına müraciətlər edilərkən, məsələn, Satia, Meysən, Vulkan, Leysan, Tayfun, Meynə, Aureleya və digər bu kimi adların qoyulması tövsiyə edilməyib. Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə yeni doğulan uşaqlara ad qoyulması ilə bağlı müraciət edən vətəndaşlara adətən milli adlara üstünlük verilməsi tövsiyə olunur: "Valideynlərə övladlarına gülüş doğuran, çətin tələffüz olunan, uşağın mənafeyinə xələl gətirə biləcək və yaxud cinsinə uyğun gəlməyən ad seçməmələri məsləhət görülür". Eyni zamanda yeni doğulan uşaqlara ad qoyulmasında valideynlərə kömək göstərilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən "Adın mənası" elektron xidməti (http://exidmet.justice.gov.az:8284/VVA/Names) vasitəsilə Azərbaycan adları, onların mənası və izahı, əhali arasında yayılma səviyyəsi və s. barədə informasiya almaq mümkündür.
DİQQƏT: Azərbaycanda uşaqlara bu adların qoyulmasına icazə verilmədi — SİYAHI



Bu adların qoyulması QADAĞAN EDİLDİ - SİYAHI
Bu il Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI
Valideynlərinin körpələrinə qoymaq istədikləri - Qəribə adlar
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı - RƏSMİ
Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir
Azərbaycanda uşaqlara bu adların qoyulması yasaqlandı - SİYAHI
Bu il uşaqlara ən çox qoyulan adlar açıqlandı
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Təkər, Arenda, Lada - Bu sözləri uşaqlara ad qoymaq istədilər
Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI
Yeni ildə uşaqlara hansı adlar verilib?
Apreldə uşaqlara ən çox hansı adlar qoyulub? - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 