Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyyələr müzakirə olunur.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, tövsiyyələr ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır: "Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar, misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyyələr arasında öz əksini tapıb. Məsələn, "Mehti” - "Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.
N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyyə olunmur: "Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyyə olunmur”.
Komitə sədri əlavə edib ki, ümumiyyətlə, həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun: "Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq”.
Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə gəlincə isə, N.Cəfərov bildirib ki, bu istiqamətdə müzakirələr hazırda aparılır:
"Biz Milli Məclisin Mədəniyyət komitəsi kimi bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da "Adlar və soyadlar” haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər”.(AZXEBER)



DİQQƏT: Azərbaycanda uşaqlara bu adların qoyulmasına icazə verilmədi — SİYAHI
Bu adların qoyulması QADAĞAN EDİLDİ - SİYAHI
Azərbaycanda uşaqlara bu adların qoyulması yasaqlandı - SİYAHI
Bu il Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI
Bu il uşaqlara ən çox qoyulan adlar açıqlandı
Valideynlərinin körpələrinə qoymaq istədikləri - Qəribə adlar
Təkər, Arenda, Lada - Bu sözləri uşaqlara ad qoymaq istədilər
Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı - RƏSMİ
Azərbaycanda ötən ay uşaqlara ən çox bu adlar qoyulub - SİYAHI
Fəxri ad qalmaqalına nazirlikdən reaksiya
Bu il 248 uşağa Polad, 65 uşağa Xudayar adı verilib
Yeni ildə uşaqlara hansı adlar verilib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 